“Azərbaycan” kinoteatrında “İkinci güllə” filmi təqdim olunub

“Azərbaycan” kinoteatrında “İkinci güllə” filmi təqdim olunub
# 18 fevral 2017 08:55 (UTC +04:00)

“CinemaPlus” kinoteatrlar şəbəkəsinə daxil olan “Azərbaycan” kinoteatrında “İkinci güllə” filminin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, ekran əsəri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən elan edilən “Yeni nəfəs–1” qısametrajlı ssenari müsabiqəsinin qalib ssenarisi əsasında çəkilib.

Təqdimatda Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova çıxış edərək müsabiqə barədə məlumat verib. İttifaq sədri bildirib ki, “Yeni nəfəs” ssenari müsabiqəsi gənclərin özünü kinoda sınamağı, istedadlı gəncləri kinoya cəlb etmək məqsədi ilə keçirilir.

Yazıçı Natiq Rəsulzadə ötən il ikinci dəfə elan olunan müsabiqənin davamlı olacağını qeyd edib.

Qeyd edək ki, Filmin prodüseri Nəriman Məmmədov, quruluşçu operatoru Kirill Gerra, icraçı prodüseri Emin Quliyevdir.

Ekran əsərində əməkdar artistlər Vidadi Həsənov, Nəsibə Eldarova, Hüsniyyə Mürvətova, aktyorlar Manaf Dadaşov, Elmin Bədəlov, Elgün Həmidov və Leyli Vəliyeva çəkiliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR