Tramp: “Meksika ilə sərhəddə divarın tikilməsinə bir neçə ay ərzində başlanılacaq”

Tramp: “Meksika ilə sərhəddə divarın tikilməsinə bir neçə ay ərzində başlanılacaq”
# 25 yanvar 2017 19:18 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar çəkmək niyyətini yenidən təsdiqləyib.

APA-nın xəbərinə görə, bunu D.Tramp “ABC” telekanalına müsahibəsində bəyan edib.

“Meksika ilə sərhəddə divarın tikilməsinə bir müddətdən sonra, bir neçə aya başlanılacaq. Meksika divarın xərclərini 100% ödəyəcək. Onlar hələ ki, bunu bilmirlər, amma onlar divarın xərclərini ödəyəcəklər”, deyə D.Tramp qeyd edib. Bundan əvvəl Meksika prezidenti Enrike Penya Neto bəyan edib ki, ABŞ tərəfindən gəldiyi üçün xərcləri də rəsmi Vaşinqton ödəməlidir.

Qeyd edək ki, noyabrda D.Tramp üç milyonadək qeyri-qanuni mühacirin ABŞ-dan deportasiya ediləcəyini bəyan etmişdi, mühacirlərin qarşısının alınması üçün isə ABŞ-Meksika sərhədində divar çəkilməsinin zəruriliyini vurğulamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR