Sumqayıtda avtomobil ehtiyat hissələri yanıb

Sumqayıtda avtomobil ehtiyat hissələri yanıb
# 25 sentyabr 2017 15:46 (UTC +04:00)

Sumqayıtda yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə ümumi sahəsi 72 m2 olan köməkçi tikilinin içərisində 50 m2 sahəyə yığılmış avtomobil ehtiyat hissələri və VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb.

Köməkçi tikilinin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR