MTN-nin şöbə rəisinin məhkəməsi başlayıb

MTN-nin şöbə rəisinin məhkəməsi başlayıb
# 29 dekabr 2016 11:24 (UTC +04:00)

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq İdarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun məhkəməsi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Hazırlıq iclası yanvarın 13-də davam edəcək.

Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvətalma) və digər maddələrlə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR