Samux sakini dəm qazından zəhərlənib

Samux sakini dəm qazından zəhərlənib
# 22 dekabr 2016 09:48 (UTC +04:00)

Samux rayonunda dəm qazından zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun İnstitut qəsəbə sakini, 1992-ci il təvəllüdlü Rəna Seyfullayeva dəm qazından zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, R. Seyfullayeva yaşadığı evin mətbəxində dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR