Ötən il Azərbaycanda 148 nəfər əfv olunub

Ötən il Azərbaycanda 148 nəfər əfv olunub
# 31 yanvar 2017 18:07 (UTC +04:00)

Ötən il ölkə prezidenti İlham Əliyevin imzaladığı sərəncamla 148 nəfər əfv olunub, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə 28 may Respublika günü münasibətilə qəbul olunmuş amnistiya aktının icrası nəticəsində 11 minə yaxın şəxs müxtəlif, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad edilib. APA-nın xəbərinə görə, bu barədə bu gün ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin geniş kollegiya iclasında bildirilib.

Bundan başqa, ötən dövrdə 6 500-ə yaxın məhkum vaxtından əvvəl şərti azad olunmağa və ya daha yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib və artıq məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 97%-i müsbət həll edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR