Zakir Həsənov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

 Zakir Həsənov Belarusun Azərbaycandakı  səfiri ilə görüşüb
# 20 iyul 2015 16:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Müdafiə naziri Zakir Həsənov Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviçlə görüşüb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki sahədə mövcud əlaqələrdən razılıq ifadə olunub və bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsinin vacibliyi qeyd olunub.

Sonda səfir qəbula görə minnətdarlığını ifadə edərək Azərbaycandan xoş təəssüratlarla ayrıldığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR