Ruhani ikinci müddətə prezidentliyə namizədliyini irəli sürəcək

Ruhani ikinci müddətə prezidentliyə namizədliyini irəli sürəcək
# 26 oktyabr 2016 01:37 (UTC +04:00)

Bakı-APA. İran prezidenti Həsən Ruhani 2017-ci ildə dövlət başçısı seçkilərində iştirak etmək niyyətindədir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Fars” agentliyinə İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli bildirib. Onun sözlərinə görə, seçki qərargahı 2017-ci ilin yanvarında işə başlayacaq.

Nazirin sözlərinə görə, namizədlərin qeydiyyatı gələn ilin 10-14 aprel tarixlərində keçiriləcək. Seçki kampaniyasına rəsmi olaraq aprelin 27-də start veriləcək və mayın 16-dək davam edəcək.

İranda prezident seçkiləri 2017-ci ilin mayın 19-na təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR