Lavrov: "Azərbaycanla strateji tərəfdaşlıqdan çox məmnunuq"

Lavrov: "Azərbaycanla strateji tərəfdaşlıqdan çox məmnunuq"
# 15 yanvar 2018 09:31 (UTC +04:00)

"Rusiya-Azərbyacan münasibətləri prezidentlərin və xarici işlər nazirlərinin ən intensiv dialoquna əsaslanır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri keçirdiyi illik mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Azərbaycanlı həmkarımla ötən il qarşılıqlı səfərlər etdik. Müntəzəm olaraq iki ölkə arasında humanitar tədbirlər keçirilir. Buna misal olaraq humanitar forumu və digər tədbirlər göstərmək olar. İki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların həcmi artır. Bu işlər öz axarında gedir. Ona görə də bunların reqlamenti üçün xüsusi sənəd tələb olunmur. Hökumətlərarası komissiya müxtəlif sahələrdə fəaliyyət göstərir. Biz Azərbaycan Respublikası ilə strateji tərəfdaşlıqdan çox məmnunuq", - deyə S. Lavrov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR