Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 3 milyon manat ayrılıb

Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 3 milyon manat ayrılıb
# 25 dekabr 2019 17:55 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncamla Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 3 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR