ABŞ prezidenti: "Miqrantlar keyfiyyət meyarları əsasında seçilməlidir"

ABŞ prezidenti: "Miqrantlar keyfiyyət meyarları əsasında seçilməlidir"
# 01 mart 2017 04:48 (UTC +04:00)

ABŞ ixtisaslaşmamış şəxsləri qəbul etmək əvəzinə miqrantların keyfiyyət meyarları əsasında seçilməsi prosedurunu tətbiq etməlidir.

APA-nın xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı bildirib.

“Bu sistem tətbiq edilərsə, biz xeyli üstünlüklər əldə edəcəyik”, - deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, bu xeyli vəsaitin qənaət edilməsinə, məvaciblərin artırılmasına, o cümlədən miqrantların orta sinfin nümayəndəsi olmasına yardım edəcək”, - deyə Tramp qeyd edib.

Tramp real və müsbət immiqrasiya islahatının həyata keçirilməsinin mümkünlüyünə ümid etdiyini bildirib: “Bu islahatın icrası təhlükəsizliyin möhkəmləndirilməsinə və Amerika qanunlarına hörmətin bərpasına kömək edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR