Güclü külək Gürcüstanda azərbaycanlıların yaşadığı rayona ciddi ziyan vurub

Güclü külək Gürcüstanda azərbaycanlıların yaşadığı rayona ciddi ziyan vurub
# 11 yanvar 2018 12:01 (UTC +04:00)

Gürcüstanda güclü külək azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda ciddi problemlər yaradıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, təbii fəlakət nəticəsində rayonun bir neçə kəndində evlərin dam örtükləri uçub, elektrik xətləri və qaz kəməri zədələnib.

Qardabani rayonunun icra başçısı Ramaz Budaqaşvili bildirib ki, xüsusi komissiya tərəfindən təbii fəlakətin rayona vurduğu ziyanın miqdarı hesablanır: “İlkin hesablamlara görə, rayona 500 min lari məbləğində ziyan dəyib. Məbləğ tam müəyyən olunandan sonra infrastruktura dəymiş ziyanın aradan qaldırılmasına başlanılacaq”.

Güclü külək rayonun Sartiçala, Qaracalar, Ağtəhlə, Qaratəhlə və digər kəndlərində ciddi fəsadlar törədib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR