"Barselona" Messi ilə yeni müqavilənin şərtlərini razılaşdırıb

"Barselona" Messi ilə yeni müqavilənin şərtlərini razılaşdırıb
# 25 yanvar 2017 19:39 (UTC +04:00)

“Barselona” Lionel Messi ilə yeni müqavilə imzalamaq barədə razılığa gəlib.

Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, argentinalı hücumçu Kataloniya klubunun illik 40 milyon avro təklifi müsbət cavablandırıb.

Xəbərdə qeyd olunub ki, başqa klubların da maraqlandığı Messini komandada saxlamaq üçün “Barsa” ona rekord məbləğdə maaş ödəməyə razı olub. Növbəti müqavilənin müddəti 2022-ci ilə kimi nəzərdə tutulub.

Qeyd edək ki, argentinalının “Barselona” ilə hazırkı müqaviləsi 2018-ci ildə başa çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR