Ötən il Ceyhan limanından Azərbaycan neftinin nəqli 15%-dən çox azalıb

Ötən il Ceyhan limanından Azərbaycan neftinin nəqli 15%-dən çox azalıb
# 09 yanvar 2017 09:19 (UTC +04:00)

2016-cı ilin dekabr ayı ərzində 1 mln. 887 min 729 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu, 2015-ci ilin dekabr ayı ilə müqayisədə 31,09% azdır.

Bunun 1 mln. 374 min 823 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Ötən ilin yanvar-dekabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 28 mln. 640 min 827 ton təşkil edib ki, bud a 2015-ci ilin göstəriciləri ilə müqayisədə 15,09% azdır.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il yanvar ayının 1-ə qədər Ceyhan limanından 319 mln. 834 min 599 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR