Azərbaycan-Şimal-Baltik Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

Azərbaycan-Şimal-Baltik Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
# 01 mart 2017 09:38 (UTC +04:00)

Azərbaycan-Şimal-Baltik Əməkdaşlıq təşkilatı Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması haqqında bəyanat verib.

Platformanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:

“Biz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdaşıyıq. Həmçinin Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimizi bildiririk. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edirik. Bu səbəbdən Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayonunun işğaldan azad edilməsinin, Dağlıq Qarabağın Dağlıq Qarabağ Muxtar Respublikası kimi Azərbaycanın ərazi bütövlüyü sərhədləri çərçivəsində yekun statusunun müəyyənləşdirilməsinin vacibliyini qeyd edirik. Bunu uzunmüddətli sülh və münaqişənin mərhələli həlli üçün vacib başlanğıc olduğunu vurğulayırıq. Münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq və bu fəaliyyəti dəstəkləyərək, biz Azərbaycan Şimal Baltik Əməkdaşlıq təşkilatı olaraq bu bəyanatla bu təşəbbüsə öz dəstəyimizi ifadə edirik və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə və Cənubi Qafqazda sülhün bərqərar olunmasına töhfə vermək olan “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulduğumuzu bəyan edirik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR