Prokuror narkotik saxlamaqda ittiham olunan idmançıya cəza istəyib

Prokuror narkotik saxlamaqda ittiham olunan idmançıya cəza istəyib
# 26 yanvar 2017 14:22 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitə saxlamaqda təqsirləndirilən Aqşin Salmanovun məhkəməsi davam etdirilib.

APA-nın məlumatına görə, iclasda çıxış edən prokuror onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses fevralın 1-də davam edəcək.

Qeyd edək ki, A. Salmanov qaydasız döyüşlə məşğul olub. "Ruslan" döyüş klubunun təmsilçisi Aqşin Salmanov bir çox yarışa iştirak edib.

O, Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitə saxlama) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR