İraq baş naziri Mosulun İŞİD-dən azad olunduğunu rəsmən elan edib

İraq baş naziri Mosulun İŞİD-dən azad olunduğunu rəsmən elan edib
# 10 iyul 2017 19:39 (UTC +04:00)

İraqın baş naziri Heydər əl-Abadi rəsmi olaraq Mosul şəhərinin İŞİD terrorçularından tam azad olduğunu bildirib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu baş nazir dövlət telekanalında çıxışı zamanı bəyan edib.

“Mən terrorçu dövlətin iflasa uğradığını, terror üzərində qələbə əldə edildiyini elan edirəm”, deyə Heydər əl-Abadi bildirib.

Bundan əvvəl baş nazir Mosula səfər edərək İraq əsgərlərini qələbə münasibəti ilə təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR