Azərbaycanın dövlət başçısı Estoniya prezidentini təbrik edib

Azərbaycanın dövlət başçısı Estoniya prezidentini təbrik edib
# 23 fevral 2017 15:17 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Estoniya prezidenti xanım Kersti Kalyulaydı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli xanım Prezident, Estoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR