Bu ilin 6 ayında “İpək yolu”nda yük daşımalarından 260 mln. manata yaxın gəlir əldə olunub

Bu ilin 6 ayında “İpək yolu”nda yük daşımalarından 260 mln. manata yaxın gəlir əldə olunub
# 13 avqust 2015 07:01 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Cari ilin yanvar-iyun aylarında “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 26,3 mln. ton yük, 161,1 mln. nəfər və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8% çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, dəhlizdə daşınan yüklərin 56,3%-i avtomobil, 30,7%-i dəmir yolu, 13,0%-i dəniz nəqliyyatının payına düşüb, avtomobil nəqliyyatında 5,7% artım qeydə alınıb. Daşınan yüklərin 19,4%-ni və ya 5,1 mln. tonunu tranzit yüklər təşkil edib.

Yük daşımaları fəaliyyətindən 259,5 mln. manat, sərnişin daşınmasından isə 59,9 mln. manat gəlir əldə olunub və müvafiq olaraq 7,0% və 14,4% atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR