Azərbaycan prezidenti: “Avropa Oyunlarını Yay Olimpiya Oyunlarından da yüksək səviyyədə təşkil etmişik” - YENİLƏNİB

Azərbaycan prezidenti: “Avropa Oyunlarını Yay Olimpiya Oyunlarından da yüksək səviyyədə təşkil etmişik” - <span style="color: red;">YENİLƏNİB
# 23 noyabr 2016 11:06 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.

APA-nın məlumatına görə, Bakıya birinci Avropa Oyunları zamanı səfərini xatırlayan qonaq Oyunların hətta Olimpiya Oyunlarından da yüksək səviyyədə keçirildiyini, ölkəmizə gələn xarici qonaqların buradan çox gözəl xatirələrlə ayrıldığını qeyd edərək, bu cür tədbirlərin keçirilməsinin Azərbaycanın gələcək inkişafı üçün gözəl bir investisiya olduğunu vurğulayıb.

2017-ci ildə Bakıda qadınlar arasında Voleybol üzrə Avropa Çempionatının final mərhələsinin keçirilməsi barədə qərarın önəmini diqqətə çatdıran A. Boriçiç tədbirin ölkəmizdə uğurla təşkil ediləcəyinə ümidvar olduğunu deyib və bu işlərə verdiyi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Azərbaycanda idmanın inkişafına böyük önəm verildiyini deyən prezident İlham Əliyev bütün idman tədbirlərinin yüksək səviyyədə təşkili üçün ölkəmizin böyük səylər göstərdiyini vurğulayıb. Bakıda keçirilən birinci Avropa Oyunlarının əhəmiyyətindən danışan dövlət başçısı qeyd edib ki, ölkəmiz bu Oyunların Yay Olimpiya Oyunlarından da yüksək səviyyədə təşkilini qarşısına məqsəd qoymuşdu və buna nail olub. Azərbaycan komandasının 2016-cı il Rio Olimpiya Oyunlarında medalların sayına görə dünya ölkələri arasında 15-ci yeri tutduğunu deyən dövlət başçısı bunun böyük uğur olduğunu qeyd edib.

Ölkəmizdə idmanın təbliğinə, həmçinin müxtəlif beynəlxalq tədbirlərin təşkilinə böyük diqqət yetirildiyini vurğulayan prezident İlham Əliyev qadınlar arasında Voleybol üzrə Avropa Çempionatının final mərhələsinin də Azərbaycanda uğurla keçiriləcəyinə, tədbirin mühüm beynəlxalq idman hadisəsinə çevriləcəyinə əminliyini ifadə edib.

*** 12.57

Prezident İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR