Putin: “Dünyada hipersəsli silahın olduğu yeganə ölkə Rusiyadır”

Putin: “Dünyada hipersəsli silahın olduğu yeganə ölkə Rusiyadır”
# 24 dekabr 2019 18:29 (UTC +04:00)

“Dünyada hipersəsli silahın olduğu yeganə ölkə Rusiyadır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Müdafiə Nazirliyinin geniş kollegiya iclasında deyib.

“Dünyada unikal bir vəziyyət yaranıb. Rusiyadan fərqli olaraq heç bir ölkədə qitələrarası uzaqlıqda hipersəsli silah mövcud deyil. Qoşunlarda artıq “Kinjal” və “Peresvet” hipersəsli komplekslər döyüş növbəsi aparır. Qitələrarası hipersəsli “Avanqard” kompleksinin birinci bölüyünün təminatına başlanılıb. “Sarmat” və “Tsirkon” raketlərinin, nüvə mühərrikli qanadlı “Buravestnik” raketlərinin üzərində iş plan üzrə gedir”, - deyə Rusiya Prezidenti vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR