Messi “Barselona”nın heyətində 500-cü qolunu vurub

Messi “Barselona”nın heyətində 500-cü qolunu vurub
# 07 noyabr 2016 00:16 (UTC +04:00)

İspaniyanın "Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi çıxış etdiyi klubun heyətində 500-cü qolunu vurub.

APA-nın məlumatına görə, bu, İspaniya çempionatının 11-ci turu çərçivəsində "Sevilya" ilə oyunda baş verib.

Kataloniya klubunun heyətində 592-ci matçını keçirən L.Messi 43-cü dəqiqədə yubiley qoluna imza atıb.

"Sevilya"nı səfərdə 2:1 hesabı ilə məğlub edən "Barselona" 25 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR