Bakıda piyada ölümü ilə nəticələn yol qəzası olub

Bakıda piyada ölümü ilə nəticələn yol qəzası olub
# 02 yanvar 2020 13:22 (UTC +04:00)

Bakının Nizami rayonunda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 1-də saat 2 radələrində paytaxtın Nizami rayonu ərazisində Şirvan şəhər sakini S. Mehdiyev idarə etdiyi "Opel" markalı avtomobillə 45-50 yaşlı kişini vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR