Ərdoğan və Putin Suriyada atəşkəsi müzakirə edib

Ərdoğan və Putin Suriyada atəşkəsi müzakirə edib
# 25 dekabr 2016 20:11 (UTC +04:00)

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan və V. Putin Suriyada atəşkəsin bütün ölkə ərazisinə yayılması və son proseslər haqqında fikir mübadiləsi aparıb.

Türkiyə prezidenti V. Putinə Qara dənizə düşən “TU-154” təyyarəsində həlak olanlarla bağlı başsağlığı da verib.

Türkiyə və Rusiya prezidentlərinin telefon danışığı zamanı Qazaxıstan prezidenti Nursultan Nazarbayev də V. Putinlə birgə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR