"Nikoil Bank" 9 ayı mənfəətlə başa vurub

"Nikoil Bank" 9 ayı mənfəətlə başa vurub
# 10 noyabr 2016 07:51 (UTC +04:00)

2016-cı ilin III rübündə "Nikoil Bank" QSC-nin aktivlərinin həcmi 537,114 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 5,8% azdır.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, ilin əvvəli ilə müqayisədə hesabat dövründə bankın kredit portfeli 7% azalaraq 356,168 mln. manat olub.

Bu ilin yanvar-sentyabr aylarında bankın depozit portfeli 335,633 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 13,5% azdır. Bankın öhdəlikləri isə 496,188 mln. manata bərabər olub ki, bu da 2016-cı ilin yanvarın 1-i ilə müqayisədə 9,54% azdır.

Hesabat dövründə bankın məcmu kapitalı 91,2% artaraq 40,926 mln. manat təşkil edib.

"Nikoil Bank" bu ilin 9 ayını 3 mln. 636,79 min manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR