"Xalq Bank"a yerləşdirilən əmanətlərin həcmi 14% azalıb

"Xalq Bank"a yerləşdirilən əmanətlərin həcmi 14% azalıb
# 17 oktyabr 2017 07:47 (UTC +04:00)

2017-ci ilin sentyabr ayının 30-na "Xalq Bank" ASC-nin aktivlərinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 3,2% artaraq 1 mlrd. 805,244 mln. manat təşkil edib.

"APA-Economics" bankın açıqladığı balans hesabatına istinadən xəbər verir ki, bankın kredit portfeli 2,21% azalaraq 1 mlrd. 285,399 mln. manata enib.

Passivlərə gəlincə, bankın öhdəlikləri il ərzində 2,17% artaraq 1 mlrd. 551,831 mln. manata çatıb. Bankın depozit portfelinin həcmi 1 mlrd. 186,445 mln. manatdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,33% azdır. Bundan başqa, əhali tərəfindən banka yerləşdirilən əmanətlərin həcmi 14,08% azalaraq 774,746 mln. manat təşkil edib.

Hesabat dövründə "Xalq Bank"ın nizamnamə kapitalı 6,35% artaraq 225 mln. 78,6 min manata yüksəlib. Bank məcmu kapitalı isə 251 mln. 843,61 min manatdır ki, bu da illik müqayisədə 10,75%-lik artımdan xəbər verir. Yeri gəlmişkən, məcmu kapitalın məbləğ tənzimləyici tərəfindən təyin olunmuş minimal tələbi 5 dəfədən çox üstələyir.

Üçüncü rübün sonuna bankın bölüşdürülməmiş xalis mənfəəti 13 mln. 627,28 min manat, əvvəlki illərin xalis mənfəəti 502,62 min manat. Bank rübü 13 mln. 124,66 min manatlıq mənfəətlə başa vurub.

Bank kreditlərdən, lizinqlərdən və banklararası tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün 14 mln. 545,57 min manatlıq ehtiyat yaradıb. Ümumi ehtiyatların həcmi isə 14 mln. 707,304 min manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR