Dələduzluqda təqsirləndirilən sabiq polis əməkdaşı məhkəmə zalında həbs edilib

Dələduzluqda təqsirləndirilən sabiq polis əməkdaşı məhkəmə zalında həbs edilib
# 19 sentyabr 2017 14:59 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Almaz Qurbanova və oğlu, sabiq polis əməkdaşı Şaiq Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A. Qurbanova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Ş. Qurbanov isə 7 il müddətinə azadlıqdan məhrum edilib və onun barəsində seçilmiş başqa yerə getməmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və o, məhkəmə zalında həbs edilib.

İttihama görə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan Almaz Qurbanova 2012-ci ildən etibarən 10 qadının etibarından sui-istifadə edərək paltar ticarəti adı altında onların ümumilikdə 130 min manatdan çox pulunu alaraq qaytarmayıb.

A.Qurbanova və Ş. Qurbanov barəsində Cinayət Məcələsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR