Lerik sakini itkin düşüb

Lerik sakini itkin düşüb
# 28 mart 2018 20:26 (UTC +04:00)

Lerik rayon sakini itkin düşüb.

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Veri kənd sakini, 1979-cu il təvəllüdlü Mirisaq Yədulla oğlu Babayev mart ayının 16-da Lənkəranda "Xəzər Palace" restoranında toyda olub və toydan çıxaraq naməlum istiqamətə gedib. Evdən çıxarkən isə əynində kostyum olub.

M. Babayev ailəlidir və iki qızı, bir oxlu var. Məsələ ilə bağlı artıq Lənkəran Rayon Polis Şöbəsinə və Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR