Azərbaycana "beşbarmaq" gətirən şəxs barəsində araşdırma aparılır

Azərbaycana "beşbarmaq" gətirən şəxs barəsində araşdırma aparılır
# 02 dekabr 2016 07:15 (UTC +04:00)

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının əl çantasına gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, baxış zamanı həmin çantada gömrük orqanına bəyan olunmayan 1 ədəd "beşbarmaq" aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR