İntizam Komitəsi “Qarabağ” – “Neftçi” görüşündə hakim səhvini etiraf edib

İntizam Komitəsi “Qarabağ” – “Neftçi” görüşündə hakim səhvini etiraf edib
# 31 yanvar 2017 09:28 (UTC +04:00)

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın XV turunun oyunlarında baş verən qayda pozuntuları müzakirə olunub.

Əsas müzakirə mövzusu hakim səhvləri ilə zəngin olan “Qarabağ” – “Neftçi” matçı ətrafında baş tutub. Oyunun 20-ci dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimələnib.

Görüşün 67-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Rəhman Hacıyevə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv edilib. Bununla, AFFA penalti göstərməli olan Ramil Diniyevin səhvini etiraf edib.

Qarşılaşma bitdikdən sonra müəyyənləşib ki, “Neftçi” azarkeşləri tərəfindən stadionun 9 oturacağı sındırılıb və yararsız vəziyyətə düşüb. Dəymiş zərərə uyğun olaraq “Qarabağ”ın təqdim edəcəyi məbləğ bakılılar tərəfindən ödənilməlidi.

Bundan başqa, “Qəbələ” – “Sumqayıt” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat cərimə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR