Rusiyada əhalinin 41 faizi Leninin meyitinin basdırılmasını istəyir

Rusiyada əhalinin 41 faizi Leninin meyitinin basdırılmasını istəyir
# 05 dekabr 2017 08:34 (UTC +04:00)

Rusiyada əhalinin 41 faizi Vladimir Leninin “Mavzoley”də saxlanılan mumiyalanmış meyitinin basdırılmasını istəyir.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə sorğunu aparan “Levada-Sentr”dən məlumat verilib.

Respondentlərin 41 faizi isə Leninin meyitinin basdırılmasının əleyhinədir. Onlar meyitin muzeydə saxlanılmasını düzgün hesab edir.

Sorğu oktyabrın 24-28-də Rusiyanın 48 regionunda 1600 nəfər arasında aparılıb. Sorğu zamanı 18 faiz əhali suala cavab verməkdə çətinlik çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR