® “Səba”dan fermerlərə tövsiyə: Qarğıdalı əkmək gəlirlidir!

<b><font color=red>® </font>“Səba”dan fermerlərə tövsiyə: Qarğıdalı əkmək gəlirlidir!</b>
# 31 mart 2017 10:08 (UTC +04:00)

“Səba-nın təklif etdiyi yüksək məhsuldarlığa malik hibrid toxumlar 1 hektar sahədən 3000 manatdan artıq gəlir gətirir!” Ölkədə qarğıdalı əkinində yüksək məhsul əldə etməsi ilə fərqlənən “Səba” şirkəti qarğıdalını bir gəlirlili bitki kimi öz əkin sahələrində becərməyi fermerlərə tövsiyə edir.

Beynəlxalq “DuPont Pioneer” şirkətinin İsveçrə təmsilçisi “Pioneer Hi-Bred Switzerland S.A.” şirkətinin partnyoru olan “Səba” öz sahələrində İsveçrədə yetişdirilən hibrid qarğıdalı sortlarını becərir. “Səba” bu sort toxumları fermerlərə də təklif edir.

"Səba” şirkəti 50 min ədəd toxum olan 1 kisəni 193 manata satır. 1 hektar sahəyə 80 min ədəd toxum əkilməlidir. Bu da fermerə 308 manata başa gələcək. Normativlərə görə, şumdan yığımadək çəkilən xərclər 900 manatı aşmır. Hazırda qarğıdalı dəninin tonu 400 manata satılır. Biçindən sonra isə bu qiymət 300-350 manat arasında dəyişir. “Səba”-nın satdığı toxumların məhsuldarlığının hektara 10-15 tondur (Qeyd: Adi toxumların məhsuldarlığı hektara 6 tonu aşmır). Əgər bütün aqrotexniki qulluq vaxtında və qaydasında aparılarsa, ən yüksək məhsuldarlığa nail olmaqla, fermerin bu toxumlardan 3000 min manatdan artıq gəlir əldə edəcəyi şübhəsizdir.

“Səba” toxum satmaqla yanaşı, fermerlərə aqrotexniki qulluq və becərmə ilə bağlı məsləhətlər də verəcək. Şirkət, eyni zamanda, fermerlərdən becərdikləri məhsulu almağa da hazırdır. Qeyd edək ki, “Səba” şirkətinin əkinçilik fəaliyyətini “Qarabağ Taxıl” MMC həyata keçirir. Bu müəssisə 5 ildən artıq bir müddətdə Ağcabədi, Beyləqan, Ağsu, Kürdəmir rayonlarında əkinçilikdə innovativ texnologiyalarla yüksək məhsuldarlığa nail olur.

“Səba” şirkəti fermerlərə “Pioneer”-dən P2088, P0573, PR31A34, P3394, P1921, PR34N24 hibrid qarğıdalı sortları təklif edir. Bu sortlar qeyri-GMO-dur və buna Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti Dövlət Xidmətinin rəsmi saytındakı GMO sortların siyahısına http://sorttoxumagro.gov.az/az/view-page/108 baxmaqla əmin olmaq mümkündür.

“Səba”-dan toxum və məsləhət almaq istəyən fermerlər 050 271 82 00 telefon nömrəsindən satış şərtləri, çatdırılma müddəti, satış məntəqələri və onları maraqlandıran digər məsələlər barədə daha ətraflı məlumat ala bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR