"Anglo Asian Mining"in Azərbaycan banklarına 9 mln. dollarlıq kredit borcu var

"Anglo Asian Mining"in Azərbaycan banklarına 9 mln. dollarlıq kredit borcu var
# 16 yanvar 2018 12:56 (UTC +04:00)

2017-ci ilin dekabrın 31-nə "Anglo Asian Mining" şirkətinin kreditlər üzrə borcu 18,3 mln. dollar təşkil edir.

"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin saytında yer alan hesabatda qeyd edilib. Məlumata görə, son 1 ildə şirkətin kredit borcu 16,3 mln. dollar azalıb.

Şirkətin Amsterdam Ticarət Bankına və "Qazprombank"a 7,4 mln. dollar, "PAŞA Bank"a 3,7 mln. dollar, "Azərbaycan Beynəlxalq Bankı"na 2,1 mln. dollar, "Yapı Kredi Bankası A.Ş."-yə 2,2 mln. dollar, "Kapital Bank"a 1 mln. dollar, "Atlas Copco"ya 0,3 mln. dollarlıq kredit borcu var.

"Anglo Asian Mining" direktordan 4 mln. dollar məbləğində kredit cəlb edib.

Qeyd edək ki, şirkət Azərbaycanda 6 qızıl yatağında hasilat aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR