Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samuxda inşa olunmuş uşaq bağçasının açılışı olub

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samuxda inşa olunmuş uşaq bağçasının açılışı olub
# 19 avqust 2017 16:47 (UTC +04:00)

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samuxda inşa olunmuş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışı olub.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak edib.

Məlumat verilib ki, ikimərtəbəli binanın sahəsi 1135 kvadratmetrdir. Müxtəlif yaş qruplarının fəaliyyət göstərəcəyi bağçada uşaqların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Dərs otaqlarının hamısı zəruri avadanlıq və əyani vasitələrlə təchiz olunub. Yataq otaqları uşaqların zövqünə uyğun qurulub. Bundan əlavə, idman zalında və yeməkxanada da yüksək şərait yaradılıb. Körpələr evi-uşaq bağçasının həyətində balacaların istirahəti üçün meydançalar salınıb, attraksionlar quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR