Müdafiə naziri Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub

Müdafiə naziri Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub
# 15 noyabr 2016 08:05 (UTC +04:00)

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov irimiqyaslı hərbi təlimlərin keçirildiyi bölgədə yaradılan Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Hərbi Hava Qüvvələrinin tabeliyində olan birləşmə, hərbi hissə və bölmələrin fasiləsiz və operativ idarə edilməsini təmin etmək üçün komanda məntəqəsinin elementlərinin səhra şəraitində yerləşdirilməsi və onun fəaliyyəti barədə Müdafiə nazirinə məruzə olunub.

İdarəetmənin, təminatın, yardımçı qrupların, məntəqələrin işinin, döyüş növbətçiliyinin təşkili və aparılması məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təmin edilən mobil qərargahda fəaliyyətləri izləyən nazir müvafiq göstərişlər verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR