Azərbaycan ilin əvvəlindən 4,6 mlrd. dollarlıq xam neft ixrac edib

Azərbaycan ilin əvvəlindən 4,6 mlrd. dollarlıq  xam neft ixrac edib
# 11 avqust 2017 15:09 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan 4 mlrd. 429 mln. 770,85 min dollar dəyərində 11 mln. 413 min 914,91 ton xam neft ixrac edib.


"APA-Economics" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu, həcm baxımından ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 7 mln. 510 min 171,48 ton və ya 40% azdır. Məbləğ baxımından isə illik nisbətdə 1 mlrd. 113 mln. 803,82 dollar və ya 20,1% azdır.

Qeyd edək ki, 2016-cı ilin yanvar-iyul aylarında Azərbaycandan xarici ölkələrə 5 mlrd. 543 mln. 574,67 min dollar dəyərində 18 mln. 924 min 86,39 ton neft ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR