Siyəzəndə avtomobil qadını vurub

 Siyəzəndə avtomobil qadını vurub
# 21 oktyabr 2016 21:55 (UTC +04:00)

Siyəzən. Vəli Turan -APA. Bu gün axşam saatlarında Siyəzən rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1979-cu il təvəllüdlü rayon sakini Cəfərova Bibixanım Elman qızını maşın vurub.

Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən B.Cəfərovanın vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR