İsrail ordusu Qəzzanı atəşə tutub, ölənlər var - YENİLƏNİB-1

İsrail ordusu Qəzzanı atəşə tutub, ölənlər var - <span style="color: red;">YENİLƏNİB-1
# 26 iyul 2018 03:18 (UTC +04:00)

Qəzza zolağının sərhədində İsrail hərbçilərinin açdığı atəş nəticəsində 3 fələstinli ölüb.

APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

Ötən axşam İsrail hərbçiləri Qəzza zolağının cənub hissəsindən atəşə tutulub. Atışma zamanı İsrail ordusunun zabiti yaralanıb. Buna cavab olaraq İsrail Müdafiə ordusu HƏMAS-ın hərbi postlarına zərbələr endirib.

***

22:14

Qəzza zolağı İsrail ordusu tərəfindən artilleriya atəşinə tutulub.

APA-nın “Anadolu” agentlyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Səhiyyə nazirliyindən bildirilib.

Məlumata əsasən, hadisə nəticəsində 2 nəfər ölüb, daha 1 nəfər isə ağır yaralanıb.

Qeyd edək ki, ötən həftə Qəzzadan açılan atəş nəticəsində bir İsrail hərbçisi ölüb. Buna cavab olaraq İsrail HƏMAS-ın Qəzza zolağındakı 70-ə yaxın obyektini bombalayıb.

***

21:51

İsrail hərbçiləri HƏMAS-ın Qəzza zolağındakı mövqelərinə zərbələr endirib.

APA-nın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

“Bu gün İsrail hərbçiləri Qəzza zolağının cənub hissəsindən atəşə tutulub. Buna cavab olaraq İsrail Müdafiə ordusu HƏMAS-ın hərbi postlarına zərbələr endirir”, məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR