Bakıda orta məktəbdən oğurluq edən şəxs saxlanılıb

Bakıda orta məktəbdən oğurluq edən şəxs saxlanılıb
# 26 sentyabr 2017 09:06 (UTC +04:00)

Daxili işlər orqanlarının əməkdaşları Suraxanı rayonunda yerləşən orta məktəblərdən birində baş verən oğurluq hadisənin üstünün açılması istiqamətində əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, məktəbin rəhbərliyi DİN-in “102” Zəng Mərkəzinə zəng edərək, müxtəlif vaxtlarda təhsil müəssisəsinin saxlanc yerindən 5 ədəd noutbuk, 1 ədəd kompüter, 156 ədəd stul və 14 ədəd yumşaq oturacaq dəsti oğurlandığını deyib.

Suraxanı Rayon Polis İdarəsi (RPİ) və 32-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd edilən cinayətin həmin məktəbin texniki işçisi, paytaxt sakini Azər Kərimov tərəfindən törədildiyi müəyyənləşib. O, saxlanılaraq istintaqa təhvil verilib.

İlkin ifadəsi zamanı A. Kərimov törətdiyi cinayəti etiraf edib və məktəbdən oğurladığı noutbutlaı, eləcə də digər əşyaları satdığını bildirib.

Faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR