Bahar Muradova: "Rusiyanın Dağlıq Qarabağ məsələsinin həllinə ciddi təsir imkanları var"

Bahar Muradova: "Rusiyanın Dağlıq Qarabağ məsələsinin həllinə ciddi təsir imkanları var"
# 19 yanvar 2017 09:44 (UTC +04:00)

Milli Məclisin sədr müavini Bahar Muradova Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir neçə gün əvvəl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikrilərə münasibət bildirib.

APA-nın məlumatına görə, B. Muradova jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanın xarici işlər naziri bu məsələ ilə bağlı mövqeyini açıq ifadə edib: “Mən o mövqeyi tam şəkildə bölüşürəm. Biz Dağlıq Qarabağ məsələsinin həlli üçün kimlərinsə müxtəlif mənalar ifadə edən fikirlərindən daha çox real hərəkət gözləyirik”.

O qeyd edib ki, Azərbaycanla dost və strateji tərəfdaş ölkə olan Rusiyanın bu məsələnin həllinə ciddi təsir etmək imkanları var: "Rusiyanın xarici işlər naziri bugünkü vəziyyətə adekvat olan açıqlama verməli idi. Düşünürəm ki, Elmar Məmmədyarov öz açıqlamasında bunu cavablandırıb”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR