Kanadada fermada 42 nəfər dəm qazından zəhərlənib

Kanadada fermada 42 nəfər dəm qazından zəhərlənib
# 10 dekabr 2017 20:11 (UTC +04:00)

Kanadanın Britaniya Kolumbiyası əyalətində fermada 40-dan çox insan dəm qazından zəhərlənib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Delta şəhərində baş verib. Xəstəxanalara 42 nəfər çatdırılıb, onlardan 10-un vəziyyəti ağır kimi qiymətləndirilir.

İnsidentin fermaya aid istixanaların birində baş verdiyi bildirilir. Məlumata görə, fermada yetişdirilən tərəvəz 20 ildən çoxdur ki, müxtəlif ölkələrə tədarük edilir.

Qeyd edək ki, Delta şəhəri Britaniya Kolumbiyası əyalətinin ən iri Vankuver şəhərindən 30 km cənubda yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR