Sumqayıtda yanğın olub, 12 sakin təxliyyə edilib, 3 nəfər tüstüdən zəhərlənib

Sumqayıtda yanğın olub, 12 sakin təxliyyə edilib, 3 nəfər tüstüdən zəhərlənib
# 29 oktyabr 2016 07:05 (UTC +04:00)

Sumqayıtda yanğın hadisəsi baş verib. APA-nın məlumatına görə, vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kafenin mətbəxinin yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

Yüksək temperaturdan bitişik tikilmiş sahəsi 200 m2 olan kafenin tavanı 25 m2 sahədə əriyib. Yanğın zamanı yaşayış binasından 12 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub və 3 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım xidmətinə təhvil verilib. Hər iki kafenin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR