Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr olunan beynəlxalq müsabiqə keçiriləcək

Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr olunan beynəlxalq müsabiqə keçiriləcək
# 20 oktyabr 2016 14:52 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Oktyabrın 22-23-də Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr olunan vokalçıların beynəlxalq müsabiqəsi keçiriləcək.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, müsabiqədə 19 ölkənin, o cümlədən Azərbaycan, Xorvatiya, Misir, Çin, Monqolustan, Ukrayna və Rusiya nümayəndələri mübarizə aparacaq.

Mükafat məbləği Qran-Pri üzrə 35 min dollar, birinci yer üzrə 25 min, ikinci yer üzrə 20 min, üçüncü yer üzrə isə 10 min dollar təşkil edir.

Münsiflər heyətinə Müslüm Maqomayev fondunun sədri Tamara Sinyavskaya, iş adamı Araz Ağalarov, müğənni Larisa Dolina, pianoçu Fərhad Bədəlbəyli və başqaları daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR