Suriyanın 85 faizi terrorçulardan azad edilib

Suriyanın 85 faizi terrorçulardan azad edilib
# 12 sentyabr 2017 12:31 (UTC +04:00)

Suriya ərazisinin 85 faizi İŞİD terrorçularından təmizlənib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Suriyadakı Rusiya Qoşunlarının qərargah rəisi general-leytenant Aleksandr Lapin deyib. A. Lapin bildirib ki, 27 min kvadrat ərazi isə hələ də terrorçuların əlindədir.

“Suriya ərazisində İŞİD və “Cəbhət ən – Nusra" terrorçuları tamamilə məhv olana kimi səylərimizi davam etdirəcəyik”, - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR