Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun növbəti iclası keçirilib

Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun növbəti iclası keçirilib
# 10 oktyabr 2016 16:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, iclas zamanı iştirakçılar tərəfindən Azərbaycanda MHŞT üzrə keçirilmiş Qiymətləndirmə ilə bağlı məsələlər, 2015-ci il MHŞT hesabatının layihə mətni, mədən hasilatı sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair yol xəritəsi və digər məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

İclasda həmçinin MHŞT üzrə Katibliyin nümayəndələri MHŞT-ni tətbiq edən ölkələrdə ÇQ və Katibliyin strukturunun müqayisəli təhlilinə dair təqdimat ediblər.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR