“Eurovision 2017”-nin qalibi 758 xalla Portuqaliya təmsilçisi Salvador Sobral olub

Mayın 13-də Kiyevin Beynəlxalq Sərgi Mərkəzində keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi müəyyən edilib.

 

APA Holdinq”in Kiyevə ezam olunmuş əməkdaşının məlumatına görə, “Eurovision 2017” mahnı müsabiqəsinin birincisi bu ilki təmsilçilər arasında  Portuqaliya təmsilçisi Salvador Sobral olub. O,  Amar Pelos Dois mahnısını ifa edərək, 758 xalla birincilik əldə edib.  Azərbaycan təmsilçisi Diana Hacıyeva isə 120 xal toplayaraq müsabiqədə 14 yeri tutub.

 

Qeyd edək ki, İtaliya və Portuqaliya Azərbaycana 12 xal verib. Gürcüstan və Yunanıstan Azərbaycana 10 xal, San-Marino, Moldova, Bolqarıstan  5 xal, Ukrayna 6 xal, Macarıstan və Belçika 4 xal, Albaniya 2 xal, İrlandiya, Kipr, Polşa isə 1 xal verib. Ümumilikdə münsiflər tərəfindən Diana Hacıyevaya 78 xal verilib.

 

Tamaşaçı səsverməsi  Azərbaycana 42 xal gətirib. Beləliklə, Azərbaycan təmsilçisi Diana Hacıyeva müsabiqədə 120 xal toplayıb.

 

Azərbaycan 8 balı Portuqaliyaya, 10 balı Moldovaya, 12 balı isə Belarusa verib.

 

Portuqaliya 758, Bolqarıstan 615 və Moldova 374  xalla “Eurovision 2017” mahnı müsabiqənin ilk üçlüyündə yer alıblar.  

 

Qeyd edək ki, Ukraynada keçirilən 62-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib. “Eurovision 2017” mahnı müsabiqəsinin final mərhələsində 26 ölkə təmsilçisi öz səhnə perfomanslarını nümayiş etdiriblər. Azərbaycan təmsilçisi Diana Hacıyeva  səhnəyə 12-ci çıxaraq “Skeletons” mahnısını səsləndirib. 

 

Beləliklə, “Eruovision 2018” yarışması  Portuqaliyada baş tutacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:02 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gazelli sirketinin huquqsunasi yangin zamani hec kim xesaret almayib
    "Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəs...
  • baki supsa neft kemerinden ogurluga cehd olub
    Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub
baki supsa neft kemerinden ogurluga cehd olub baki supsa neft kemerinden ogurluga cehd olub +2
MƏZƏNNƏ
FOREX
/ 19 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ