Xaçmaz sakini çayxanada ölüb

Xaçmaz sakini çayxanada ölüb
# 04 oktyabr 2015 17:24 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün Xaçmaz rayonunda ölüm hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, fakt Xaçmaz rayonu Səid Qurbanov küçəsində qeydə alınıb. Xaçmaz sakini 52 yaşlı Məmmədəli İbrahimov çayxanada ölüb.

İlkin ehtimala görə, o, ürək tutmasından ölüb.

Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Ölümün səbəbi tibbi ekspertizadan sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR