Nicat Abasov İddiaçılar turnirinə heç-heçə ilə başlayıb

Nicat Abasov İddiaçılar turnirinə heç-heçə ilə başlayıb
# 05 aprel 2024 05:24 (UTC +04:00)

Bu gün şahmat üzrə İddiaçılar turnirinə start verilib.

Apasport.az xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov ilk sınağına çıxıb.

Təmsilçimiz rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşıb. Nicat bu görüşü ağ fiqurlarla oynayıb.

Tərəflər partiyanın 34-cü gedişində heç-heçəyə razılaşıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR