“Zirə” Almaniya klubu ilə qarşılaşacaq

“Zirə” Almaniya klubu ilə qarşılaşacaq
# 15 yanvar 2016 13:50 (UTC +04:00)

Bakı – APA. Türkiyənin Antalya şəhərində məşqlərini davam etdirən “Zirə” hazırlığın ilk mərhələsini artıq başa vurmaq üzrədi. Apasport.az saytının məlumatına görə, bir həftənin tamamından etibarən baş məşqçi Adil Şükürov yoxlama oyunlarında komandanın gücünü sınayacaq.

“Qartallar”ın daha bir sparrinq-rəqibləri artıq məlumdu. Komanda yanvarın 19-da Almaniyanın Regional liqası təmsilçilərindən “Optik”lə görüşəcək. Həmin oyun Sidedə baş tutacaq və yerli vaxtla saat 17:00-da başlayacaq.

“Zirə” ilk yoxlama oyununu isə sabah keçirəcək. Əvvəlcə bu tarixdə “Traktorsazi” ilə müqavilə imzalansa da, Təbriz klubunun Antalya toplanışından imtina etməsi üzündən dəyişiklik edilib. Bakılılar sabah Qazaxıstanın “Ordabasi” klubu ilə üz-üzə gələcəklər. Bələkdə “Kaya” otelinin stadionunda baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq.

Qeyd edək ki, “Zirə” yanvarın 22-də də Rumıniya klubu “Tırqu-Mureş”lə üz-üzə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR