Türkiyənin baş naziri Ukraynaya səfər edəcək

Türkiyənin baş naziri Ukraynaya səfər edəcək
# 11 fevral 2016 19:09 (UTC +04:00)

Bakı-APA. Türkiyənin baş naziri Əhməd Davudoğlu fevralın 15-də Ukraynaya səfər edəcək. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın baş naziri Arseni Yatsenyuk bildirib.

“Bazar ertəsi mən Ukraynaya rəsmi səfər edəcək Türkiyənin baş nazirini qəbul edəcəm” deyə Yatsenyuk bildirib.

Qeyd edək ki, Ukrayna XİN rəhbəri Pavel Klimkin bundan əvvəl Kiyevin Türkiyəni Krıma dair danışıqlara qatılmağa dəvət etmək niyyətində olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR